Müğənni Mert Demir ilk dəfə haqqında yayılan iddialara cavab verib.
OLAY yazır ki, bununla bağlı o, özü açıqlama yayıb. Mert deyib ki, bir ildir özü, Serenay Sarıkaya ilə münasibəti, ailəsi və cinsi oriyentasiyası ilə bağlı yazılanlara səssiz qalıb.
Mert bildirib ki, hazırda olduğu yerə hansısa sponsora, prodüserə görə yox, öz əziyyəti ilə gəlib.
İfaçı əlavə edib ki, Serenayla münasibəti iddia edildiyi kimi reklam xarakterli deyil, onu çox sevir və xoşbəxtdir.