WOW
WOW

“Artıq bir ölünü yuya bilərəm”

“Artıq bir ölünü yuya bilərəm”

“Gassal” serialı ilə Türkiyədə gündəm olan Ahmet Kural maraqlı açıqlamlar verib.

OLAY yazır ki, “Posta”ya özəl müsahibə verən Ahmet  layihəyə necə hazırlaşdığından danışıb:

“Çox video izlədim. Bir ölüyuyanla söhbətlər etdim. Onunla danışmaq məni çox təsirləndirdi. Çox kədərləndiyim məqamlar oldu. Baki obrazının peşəsinə yox, daxili dünyasına fokuslanmağa çalışdım. Belə olanda obraızı oynamaqda çətinlik çəkmədim, sadəcə duyğulandığım anlar oldu. Fikrimcə, indi ölüyuyanları hər kəs sevir. Məsələn, söhbət etdiyim o qardaş dedi ki, biz ölüləri layiqi ilə sevdiklərinə təhvil verməyin həzzini yaşayırıq. Bu cümlədən sonra Baki ilə əlaqə qura bildim. Həmçinin bu peşənin bütün incəliklərini öyrənmişəm. Allah etməsin, amma bir ölünü yuya bilərəm”.

Qeyd edək ki, “Gassal” serialı TRT-nin “Tabii” platformasında yayımlanır.