Ötən gün vəfat edən Azər Baxşəliyevin yanvarın 15-də əməliyyat olunması planlaşdırılırmış.
OLAY yazır ki, bu barədə “İncə səhər”ə onun dostu Nicat Rəhimov məlumat verib. Nicat Azər vəfat etmədən öncə xəstəxananın qarşısında bunları söyləyib:
“Danışdıq ki, verilişə qonaq təyin etmək üçün görüşək, qismət olmadı. Bir anlıq olub, həmin gün dostları ilə bir yerdəymiş. Həmişə soruşurduq, deyirdi, yaxşıyam. Son 3-4 gündə Tərlangilə deyib ki, heç vaxt pisəm deməmişəm, amma indi söyləyirəm ki, yaxşı deyiləm. Evə çatıb, ailəsi ilə oturub, başı gicəllənib, qaytarıb, komaya düşüb, xəstəxanaya gətirilib. Əməliyyat olunmalı idi, nəsə uzandı, problemlər yarandı, son danışığında dedi ki, Türkiyəyə gedirəm, yanvarın 15-i əməliyyat olunmalı idi. Təzyiqi çox yüksək idi, 220-230 təzyiqlə gəzirdi. Əməliyyata hazırlaşırdı, yəqin ki, donor tapılıbmış. Biz istədik ki, iki efir verilişi çəkək Azər gedib-gəlsin, tam sağalsın, sonra çəkilişlərə davam edək”.