Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovla vida mərasimi keçirilir.
OLAY yazır ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşlarının məlumatına görə, ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri onun yaşadığı evin qarşısına toplaşıb, xatirəsini ehtiramla yad edirlər.
O, Suraxanıdakı Tatar qəbiristanlığında dəfn olunacaq.