WOW
WOW

Hava limanları təyyarəmizi qəbul etməyib?

Hava limanları təyyarəmizi qəbul etməyib?

Ötən gün səhər saatlarında Bakı-Qroznı reysini həyata keçirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması xəbəri dünya gündəmini zəbt edib. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, qəzadan dərhal sonra hadisənin necə və hansı şəraitdə baş verməsi ilə bağlı bir neçə versiya səsləndirilib. Bunlar arasında təyyarənin quş sürüsü ilə toqquşması, əlverişsiz hava şəraiti, eləcə də kənar təsirə məruz qalması olub. 

Yayılan videolardan birində yaradılan dövlət komissiyasının azərbaycanlı üzvlərinin təyyarənin qalıqlarına baxaraq onu analiz etdiyi görünür. Onlar təyyarənin quyruq hissəsindəki dəliklərin hansı səbəbdən yarana biləcəyini müzakirə edir, onların çöldən içəri doğru olduğunu qeyd ediblər.