WOW
WOW

Ekipajın Qroznı dispeçeri ilə danışıqları yayımlandı

Ekipajın Qroznı dispeçeri ilə danışıqları yayımlandı

VÇK-OGPU tərəfindən “Bakı-Qroznı” reysi ekipajının Qroznı dispetçeri ilə apardığı danışıqların stenoqramından parçalar yayımlanıb.

OLAY yazır ki, ekipaja dəfələrlə Qroznıda eniş etməyə icazə verilməyib, daha sonra GPS nasaz olub.

Təyyarə Bakıya yönəlmək qərarına gəldikdə isə pilot güclü bir zərbə haqqında məlumat verib. Əvvəlcə o, təyyarənin quş sürüsü ilə toqquşduğunu düşünürdü. Daha sonra təyyarənin idarəetməsi və hidravlikası nasaz olub.

08:11:50

E: AXY8243, Bakı istiqamətində hərəkət edirik.


08:11:58

D: AXY8243, hazırkı kursda 900 metr hündürlük yığın.

E: Hazırkı kursda 900 metr yığıram, AXY8243.


08:12:12

D: AXY8243, təsdiqləyin, Bakı ehtiyat hava limanına gedirsiniz?

E: Təsdiq edirəm, Bakı ehtiyat hava limanına gedirik, AXY8243.


08:12:29

D: AXY8243, əvvəlcə FL80 hündürlük yığın və birbaşa Pinta nöqtəsinə gedə biləcəyinizi bildirin.

E: FL80 yığırıq, hazırda bildirəcəyik, AXY8243.


08:12:48

E: AXY8243, hər iki GPS nasaz oldu, istiqamətləndirmə lazımdır.

D: AXY8243, başa düşdüm, sağa 360 kursu götürün.

E: Sağa 360 kursu götürürəm, AXY8243, təşəkkürlər.


08:16:05

E: Bizdə idarəetmə nasaz oldu, kabinədə quşlarla toqquşma var. Kabinədə quşlarla toqquşma (sözlər qeyri-aydındır).


08:16:16

D: AXY8243, başa düşdüm, hansı kömək lazımdır?


08:16:41

E: Min-Vodda hava necədir? Xahiş edirəm, kömək edin.

D: AXY8243, 16 dəqiqədə.

E: Başa düşmədim.

D: AXY8243, 16 dəqiqədə.

E: 16 dəqiqədə nə?

D: AXY8243, mesajınızı təkrarlayın, sizi pis eşidirəm.


08:18:29

D: AXY8243, sol dairəvi dövrə edin.

E: Yerinə yetirə bilmirəm, idarəetmə itir. Bizə Min-Vod üçün istiqamətləndirmə və hava haqqında məlumat verin.

D: AXY8243, başa düşdüm. Sol tərəfə 030 kursu götürün.

E: Sol tərəfə 030 kursu götürürəm.

08:19:12

E: 150 hündürlüyünü saxlaya bilmirəm, kabinədə təzyiq artır.

D: AXY8243, başa düşdüm.

08:20:27

D: AXY8243, sola 360 kursu götürün.

E: Sola 360, təyyarə idarəetməni itirir.

08:22:57

E: İndi hidravlik sistem nasaz oldu.

D: AXY8243, Qroznı qülləsi eşidib.

E: Eşidirəm, bizdə hidravlik sistem nasaz oldu.

D: AXY8243, başa düşdüm. Kursları yerinə yetirə bilirsiniz?

E: Yox, yerinə yetirə bilmirik. Konkret kurs verin, Mahaçqalaya gedirik.

Daha sonra “Bakı-Qroznı” reysi ekipajı Rostov dispetçeri ilə əlaqə saxlayıb.