ARB TV və Xəzər TV bu gün baş verən faciəvi qəzaya görə yayım axışında dəyişiklik edib.

OLAY-ın əldə etdiyi məlumata görə, hər iki telekanal proqramlarında əyləncə xarakterli məqamları yığışdırıb.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsi qəzaya uğrayıb. Ölənlər və yaralananlar var.