“Bu gün “Azal” hava yolları 4 saat gecikməyin səbəbini soruşanda problemi gah hava şəraitinə bağladı, gah texniki vəziyyətin aradan qaldırması ilə... İnsanları aldatdı”.
OLAY yazır ki, bu sözləri Bodruma tətilə gedən tarzən Humay Qədimova instaqramda yazıb.
Sənətçi iddia edib ki, Azərbaycan Hava Yolları (Azal) nasaz təyyarə ilə onları başqa şəhərə aparıb:
“4 saat içində körpə uşaqların çığırtısını, insanların narazılıqlarını eşidib duyan olmadı? Bununla əlaqədar bir məsul “Azal” işçisi gəlib nə olduğunu maraqlanmadınız. Sonradan kompensasiya ödəməmək üçün həmin nasaz təyyarə ilə insanları təyyarəyə mindirdiniz. Sanki insan həyatı deyil, əşya daşıyırsınız kimi soyuq münasibət... Bəs, xəbəriniz oldu təyyarə uçuş və eniş edib? Uşaqların, yaşlı insanların bağırtısı ilə ölüm hissini daddıq. Uşaqların bağırtısı, qorxu hissi hələ də qulağımdadır. Videonu yaymamağımın səbəbi cəmiyyətdə panika yaratmamaqdır. İnsanlara qayğı göstərin”.