Aparıcı və aktyor İlkin Həsəninin adından saxtakarlıq edilib.
OLAY yazır ki, bu haqda İlkin özü məlumat verib.
Həsəni instaqram səhifəsində onun adından və fotosundan istifadə edən şəxsin yazışmasını “screen” edərək izləyiciləri ilə bölüşüb.
İlkin üzləşdiyi xoşagəlməz olayla bağlı dost və tanışlarına xəbərdarlıq ünvanlayıb:
“Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir üstəlik yerli bank kartı rekvizitlerini atır. Tez bir zamanda görüşənədək, görək bu şir ürəkli kimdir belə”.