“Bu günki konsertimə mənimlə bu sənətdə ilk addımlarını atan və mənimlə çiyin-çiyinə “Azəri Star” yarışmasında iştirak edən qardaşım Ayaz Qasımovu şəxsən özüm dəvət etmişəm”.
OLAY yazır ki, bu sözləri Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Əməkdar artist Elton Hüseynəliyev media nümayəndələrinin suallarına cavablandırarkən deyib.
Sənətçi bu günki konsertinə yalnız həmkarı Ayaz Qasımovu dəvət etməsinin səbəbini belə açıqlayıb:
““Azər Star” yarışması bitəndən sonra Ayazla getdik yemək yeməyə. O zaman cibimizdə bir metro jetonu və bir “Məmmədəmin” pul vardı. Bu da qismətdən belə imiş. Ayaz mənə sual verdiki, görəsən nə zamansa maşınım olacaq? Məndə cavab verdim ki, bir dənə klipimiz olsun sonra maşınımız da olar. Bu cür biz arzularımızla bölüşdük. Sonra “Azəri Star” bitdi. Bir çox sənət dostlarım var ki, xətirlərini istəyirəm, münasibətimiz var. Amma bu gün sırf konsertimə Ayazı dəvət etdim”.