“O ses Türkiye” Yeni ilə özəl buraxılışının jürisi bəlli olub.
OLAY yazır ki, çəkilişlərinə başlanılan proqramdan foto yayılıb. Belə ki, Yeni ildə Hadise, Gökhan Özoğuz, Beyazıt Öztürk və Ezgi Mola münsifdir.
Qeyd edək ki, Hadise ilə Ebru Gündeş arasında Reza Zarraba görə, küsülülük olduğu üçün Hadise illərdir “O ses Türkiye”də yer almırdı.
Onu da xatırladaq ki, Ebru bu il sözügedən yarışmadan imtina edib.