Yutubun Azərbaycan seqmentində bir ilk yaşanıb.
OLAY yazır ki, musiqi bölümündə birinci dəfə trendlərdə estrada ifaçılarının mahnıları yer alıb.
Belə ki, Miro “Sonu var” layihəsi ilə hazırda trenddə birinci sıradadır. Onu Xalq artisti Aygün Kazımova və Kazımcanın “1” mahnısı təqib edib.
3-cü pillədə isə Günay İbrahimli “Mən beləyəm” mahnısı izləyir. 4-cü sırada Xalq artisti Röya Ayxanın 6 gün öncə təqdim etdiyi “Dol” klipi yer alır.
Trendlərdə 6-cı pillədə isə gənc artist Nuranın “Neynim” kover layihəsi qərarlaşıb.
Qeyd edək ki, uzun illərdir yutub trendlərində daha çox bayağı mahnılar səsləndirən ifaçıların layihələri yer alırdı. Son iki ildə pop ifaçıların ön plana çıxması və trendlər uğrunda sənət mübarizəsi bu tendensiyanı dəyişdi.