Dünya pop musiqisinin əfsanəsi Meray Kerrinin konsertində maraqlı anlar yaşanıb.
OLAY yazır ki, 55 yaşlı sənətçini dinləməyə gələn tamaşaçılar arasında onun həmkarı, dünya ulduzu Rihanna da olub.
Sənət yoldaşını zalda görən Meray ona tərəf addımlayıb.
İkili görüşdükdən sonra Rihanna Kerridən onun sinəsinə imza atmasını istəyib. Meray əvvəlcə bunun zarafat olduğunu düşünüb. Lakin Rihanna bu istəyinin ciddi olduğunu bildirib.
Bundan sonra Meray əlinə qırmızı marker alaraq Rihannanın sinəsinə adını və soyadını yazıb.