Dünya şöhrətli supermodel Naomi Kempbell gənc sevgilisindən ayrılıb.
OLAY yazır ki, 54 yaşlı podium ulduzu Paris Moda Həftəsində 42 yaşlı alman musiqi prodüseri və DJ Rampa (əsl adı Qreqor Sütterlin) ilə münasibətlərini bitirib.
Belə ki, Naomi Qreqorun instaqram səhifəsini izləmədən çıxarıq. Kempbell Sütterlinə qoyduğu ürək emojilərini də tənbəllik etmədən hamısını silib.
Cütlüyə yaxın olan mənbə tərəflərin ayrılmasını “The Sun” nəşrinə qısa olaraq bu cür şərh edib:
“Onlar həqiqətən bir-birlərinə aşiq idilər və hər anı birlikdə keçirmək istəyirdilər, uzun müddət bunu bacardılar. Amma hər ikisi çox məşğul olduqları üçün həyat onların yolunu kəsdi. Sonda münasibətlərini dayandırmaq qərarına gəldilər. Onların bir yerdə olmalarının qeyri-mümkün olduğu aydın oldu, ona görə də Naomi, Qreqorla əlaqəni kəsdi”.
Gizli mənbə həmçinin əlavə edib ki, ayrılıqdan kədərlənsələr də, keçmiş sevgililər “əks cinsin diqqətindən məhrum deyillər”.