WOW
WOW

Onun həyatı film olur!

Onun həyatı film olur!

Hasan Adalı və İlker Savaşkurtun prodüserliyi ilə hazırlanan, Amirler Film tərəfindən istehsal olunan “Selçuk Bey Yes Man” adlı sənədli filmin çəkilişləri bir ildir davam edir.   

OLAY yazır ki, Selçuk Yöntemin bir çox uğur və unudulmaz layihələrə sığdırdığı həyatı sənədli filmə köçürülür. Bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.

Sənədli filmi daha əvvəl Selçuk Yöntem və Taro Emir Tekinin baş rollarını paylaşdığı “Reflection” filmində də imzası olan mükafatlı rejissor İlker Savaşkurt çəkir.

Ssenarisini Mehmet Kala yazıb, görüntü rejissorluğunu isə Can Erdoğan edib. Təxminən 100 dəqiqəlik sənədli film Berlin, London, Köln, Bodrum, Kipr, Ankara və İstanbulda çəkilib.   

Filmdə Beren Saat, Hazal Kaya, Hilal Saral, Oktay Kaynarca, Mehmet Aslantuğ, Haldun Dormen, Bülent Ortaçgil, Mustafa Altıoklar, Zuhal Olcay, Okan Bayülgen və Mustafa Denizli kimi bir çox məşhur adlar Selçuk Yöntemlə bağlı xatirələrini bölüşüb. 

Sənədli filmin “Yes Man” adlandırılmasının səbəbi isə Selçuk Yöntemin “Amadeus” tamaşasının böyük uğur qazanması, xaricdə seminar və dərslər keçməsi, həyata qarşı pozitiv yanaşması və insanların həyatına qatdığı dəyərdir.  

Tezliklə çəkilişləri tamamlanacaq olan “Selçuk Bey Yes Man” sənədli filmi bir rəqəmsal platformada yayımlanacaq. Digər tərəfdən, İlker Savaşkurtun Netflix-də yayımlanan “Layers Of İstanbul” sənədli filminin 2-ci mövsümü tezliklə tamaşaçılarla görüşəcək.