WOW
WOW

Ən yaxşılar - Pantene Altın Kelebek - Yenilənib

Ən yaxşılar - Pantene Altın Kelebek - Yenilənib

50-ci Pantene Altın Kelebek mükafatları sahiblərinə verilir.

OLAY yazır ki, ilk mükafatı Demet Evqar qazanıb. Sənətçi "Bahar" serialındakı obrazına görə Ən yaxşı aktrisa seçilib.

"20 ildir bu sənətdəyəm. Demet Evqar yox, Mehmet Evqar olsaydım, mənim üçün hər şey daha rahat olacaqdı", - deyə, o, söyləyib.

Ən yaxşı kişi aktyor "Kızıl Qoncalar" serialındakı obrazına görə Mert Yazıcıoğlu seçilib.Ən 

Ən yaxşı serial kateqoriyası üzrə mükafatı Ediz Hun verib. "İnci Taneleri"nin qalib olduğu kateqoriyada mükafatı Hazar Ergüçlü alıb.

Sümeyye Aydoğan, Bilal Yiğit Koçak, Alisa Sezen Sever və Melisa Minkari “Parıldayan ulduz” mükafatını alıblar.

Ən yaxşı komediyaçı qadın aktrisa ödülünü "Güldür Güldür"ün sənətçiləri seçilib.

Ən yaxşı komediya aktyoru "Prens" serialındakı obrazına görə Giray Altınok seçilib. Ən yaxşı komediya serialı mükafatını da "Prens"qazanıb.

Sənətində 30-cu il mükafatı – Ata Demirer

“Ən yaxşı uşaq aktyorlar” – “Leyla” serialı – Melisa Duru

“Sandık kokusu” serialı – Sarp Kaan Altınçapa

Peşəsində 35-ci il mükafatı - Müge Anlı

Peşəsində 30-cu il mükafatı - Acun Ilıcalı

Ən yaxşı arabesk-fantezi qadın sənətçi - Ebru Yaşar

Ən yaxşı arabesk-fantezi kişi sənətçi Hakan Altun

Ən yaxşı mahnı - Mert Demir - Mela Bedel (Ateşe düştüm)

50-ci il özəl mükafatı - Erol Evgin, Bülent Ersoy, MFÖ

Ən yaxşı gündüz proqramı - Esra Erolda

Ən yaxşı serial cütlüyü - Yabani - Rojbin Erden və Bertan Asllani
Ən yaxşı rəqəmsal platforma serialı - Şahsiyet

Türk kinosunun əfsanələri - Türkan Şoray, Ediz Hun, Emel Sayın, Perihan Savaş, Ahmet Mekin, Filiz Akın, Kadir İnanır, İzzet Günay, Göksel Arsoy

Ən yaxşı qadın aparıcı - Yeni bir gün - Çağla Şikel

Ən yaxşı kişi aparıcı - Empati - Ahmet Mümtaz Taylan