“MasterChef Türkiyə” proqramının aparıcısı,  aşpaz Somer Sivrioğlu barəsində həbs qətimkan tədbiri seçilib. 

OLAY yazır ki, buna səbəb aşpazın 2022-ci ildə Beşiktaşdakı restoranının təmir işləri zamanı uçan divarın altında qalaraq 1 nəfərin ölməsi və digərinin yaralanması ilə nəticələnən hadisə ilə bağlı məhkəmə işi olub.

2 ildir davam edən məhkəmə prosesi bu gün yekunlaşıb. 

Məhkəmədə Somer Sivrioğlu və işçiləri Kadri Berk Camal və Kazım Evirgen ehtiyatsızlıqdan ölüm və yaralamaya səbəb olmaq maddəsi ilə 6 il 8 aya qədər həbsi ilə bağlı qərar verilib.

Daha sonra məhkəmə cəzanı 5 il 6 ay 20 günə endirib.