Bir neçə gün əvvəl keçmiş “W-Trio” qrupunun üzvləri Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra bir araya gəlib. Onlar bu anları xatirəyə çevirmək üçün fotolar çəkdiriblər.
OLAY yazır ki, Natavan instaqram səhifəsində bir saniyənin içində müzakirələrə səbəb olan həmin şəkillərin pərdəarxası görüntülərini yayımlayıb.
Sözügedən kadrlarda Həbibi saçını düzəldib, Röya isə Elnarəyə əlində tutduğu güzgüyə baxmasını istəyib.