WOW
WOW

“Kelebek”in ikinci turu nə vaxt olacaq?

“Kelebek”in ikinci turu nə vaxt olacaq?

Hər il Türkiyədə təşkil olunan nüfuzlu “Altın Kelebek” mükafatlandırma mərasiminin birinci tur səsverməsi başa çatıb.  

OLAY yazır ki, ikinci mərhələyə qalan məşhurların adları bir neçə gün sonra ictimaiyyətə təqdim olunacaq.  Səsvermənin ikinci mərhələsi isə oktyabrın 15-dən start götürəcək və noyabrın 8-dək davam edəcək. 

Xatrıladaq ki, tədbirin “Ulduzu parıldayanlar” kateqoriyası üzrə qalibləri gənc aktrisalar Ahsen Eroğlu, Cemre Baysel və Melis Sezen olub.

Qalib 70 faiz xalq, 30 faiz isə münsif səsverməsi əsasında müəyyənləşəcək. Hər il olduğu kimi yenə jüridə film, musiqi və televiziya dünyasının parlaq simaları yer alacaq.