“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə açıqlamasına aydınlıq gətirib.
OLAY yazır ki, feysbukda məlumat yayan sənətçi iddia edib ki, dronu DSX yox, başqa hərbi birləşmələr vurub:
“Əziz dostlar! Dron həqiqətən vurulub. Bu açıqlama həqiqəti əks etdirmir. Dron vurularkan mən daxil heyətdən 5 nəfər ordaydıq. Sevinc xanım isə Bakıda idi. Yəni, beş şahid ola-ola həqiqəti danıb belə bir açıqlama vermək hansı məcburiyyətdən idi bilmirəm. Ordumuz öz işini məsuliyyətlə icra edib. Biz diqqətsilzik etmişik, məlumat verməmişik, onlar isə lazım olanı ediblər. Burda şişirdiləcək məsələ yoxdur. Hadisə bir il əvvəl baş verib. Olan olub, keçən keçib. Sadəcə mən müsahibəmdə DSX demişəm, amma dünən dəqiqləşdirdik ki, dron başqa hərbi birləşmələr tərəfindən vurulubmuş. Burda tək yanlış budur, vəssalam”.
Qeyd edək ki, “Vətəndaş A” serialının baş prodüseri Sevinc Əliyeva dronun qəza nəticəsində qayaya çırpıldığını, heç bir hərbi birləşmə tərəfindən vurulmadığı ilə bağlı açıqlama yaymışdı.