Müğənni Günay İbrahimli açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Gün ortası” verilişinə müsahibə verən sənətçi şou-bisnesdəki ikiüzlü insanlardan söz açıb.
“Deyirlər ki, insanlar ikiüzlüdür. Düşünürəm ki, insanlar iki yox, beş, on üzlüdür. Özüm də bunun şahidiyəm. Artıq ikiüzlü insanlara normal baxırıq və artıq ikiüzlü insanları qəbul etmişik. Yaxşı müğənnilər barmaqla sayılacaq qədər qalıb”, - deyə, Günay bildirib.