WOW
WOW

Hüseyn toyunu burada edəcək - Kadırova söz verdi!

Hüseyn toyunu burada edəcək - Kadırova söz verdi!

Azərbaycanlı bloger Hüseyn Həsənov (Gusein Gasanov) növbəti dəfə Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovla bir araya gəlib. 

OLAY yazır ki, onlar birgə Çeçenistanın Gürcüstanla sərhədində yerləşən dağlıq əraziyə baş çəkiblər. Avtomobilin sükanı arxasında R. Kadırov olub.

Çeçenistanın dövlət başçısı bildirib ki, Hüseynin buraya gəlməsindən olduqca şaddır. Həsənov dövlət başçısına “böyük qardaşım” deyə müraciət edib və bu dəvətə görə ona təşəkkürünü bildirib.

Hüseyn R. Kadırovla məsləhətləşib tezliklə toyunu Qroznı da edəcəyini söyləyib: 

“Toyumu tezliklə Qroznı şəhərində edəcəyəm. Hamını da toyuma dəvət edirəm”.

Həsənovun bu sözlərinə R. Kadırov “Əgər tamada mən olacağamsa, bu toy möhtəşəm olacaq (gülür). Əgər əllərimiz sıxıldısa, demək bu çox ciddi məsələdir. Bu toyun olacağını tezliklə gözləyirik” deyərək qarşılıq verib.