Dünya şöhrətli milyonçu pop ulduz Teylor Sviftin gizlində nişanlanması iddia olunub.
OLAY yazır ki, bu haqda ulduza yaxın mənbə “Radar Online” nəşrinə açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, Teylor tez-tez küsüb – barışdığı sevgilisi, amerikalı futbolçu və aktyor Travis Kelsi ilə nişanlanıb.
Qərb nəşrlərinin yekdilliklə Travis Kelsi və Taylor Sviftin nişanlanmasından məqalələr dərc ediblər. Hətta futbolçu ilə müğənni 2025-ci ilin iyun ayına toy planlaşdırıblar. Və yaxın gələcəkdə cütlük ailələrinə və dostlarına hər şey haqqında məlumat verəcəklər. İndi həm Teylorun, həm də Travisin ailələri Neşvilledədirlər. Onlar “Şükran Günü” həftəsonunu orada keçirəcəklər.
“Teylor və Travis yaxınlarına evlənməyi planlaşdırdıqlarını söyləmək qərarına gəliblər. Onlar münasibətləri ilə bağlı bütün söz-söhbətlərə birdəfəlik son qoymaq istəyirlər və toyun iyunda, ilk görüşdüklərinin iki illiyi münasibətilə baş tutmasını istəyirlər”, - deyə mənbə nəşrə açıqlamasında vurğulayıb.
Bundan başqa, Teylorun dostları artıq hər şeydən xəbərdardırlar və indi onun evlənmək və bəlkə də ana olmaq üçün mükəmməl vaxt olduğuna deyirlər.