WOW
WOW

İbrahim Çingiz Serkan Çayoğlu ilə görüşdü

İbrahim Çingiz Serkan Çayoğlu ilə görüşdü

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru İbrahim Çingiz hazırda Bakıda olan Türkiyəli həmkarı Serkan Çayoğlu ilə bir araya gəlib. 

OLAY yazır ki, bununla bağlı sənətçi instaqram səhifəsində məlumat verib. 

İbrahim Qız Qalası ərazisində Serkanla görüşərək bu anı xatirəyə çevirmək üçün çəkdirdiyi fotonu izləyiciləri ilə bölüşüb. 

Aktyor türk həmkarı ilə paylaşdığı şəkilə “İki Beşiktaşlı yan-yana. 2024-cü ilin ən gözəl tanışlıqlarından biri” şərhi ilə izləyiciləri ilə bölüşüb. 

Qeyd edək ki, S. Çayoğlunun Bakıya gəlişi həyat yoldaşı, aktrisa Özge Gürelin paytaxtımızda Bakı Media Mərkəzinin təşəbbüsü ilə lentə alınan, Vətən müharibəsindən bəhs edən “44” filmində Zeynep həkimi canlandırması ilə əlaqədardır. Sözügedən ekran əsərində İbrahim Çingiz də rol alır.