Xalq artisti Siyavuş Kərimi rektorluq vəzifəsindən azad edilən Azərbaycan Milli Konservatoriya və oranın tələbələri ilə vidalaşıb.
OLAY yazır ki, tələbələrin alqışı ilə tədris ocağını tərk edən S.Kərimi göz yaşlarına hakim olmayıb.
Həmin anlar tələbələr tərəfindən lentə alınaraq sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaşzadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Xatırladaq ki, Xalq artisti Siyavuş Kərimi 2001-ci ildən rektor idi.