WOW
WOW

“Həyat yoldaşım tanınmış şəxsdir”

“Həyat yoldaşım tanınmış şəxsdir”

“Mən həyat yoldaşımı efirlərə gətirmirəm”.

OLAY yazır ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq olduğu “Bir gün” verilişində deyib.

Sənətçi həyat yoldaşı ilə bağlı etiraflar edib:

“Mətanətin etalon səsi və sənəti var. Bundan danışın. Həyat yoldaşım məni daşıyası bir kişidir. Bununla da söhbəti bağlayıram. Nə o icazə verir, nə də ki, mən xoşlamıram bu mövzu haqqında danışmağı. İstəsəm məndə ona o mənə 5 dəfə zəng edən kimi zəng edərəm. Burada nə var ki? Sevgidə qürur yoxdur. Mən onda səhv tuta bilmərəm. Çünki o kişi xeylaqıdır. Mən ona o gözlə baxmıram. Mən ona “Ay aman” kimi baxıram. Həyat yoldaşım tanınan şəxsdir. O müəyyən dərəcədə tanınır”.

Daha sonra proqramın aparıcısı Yalçın Uğur Mətanətdən onun həyat yoldaşına zəng etməyi xahiş edib. Əsədova əri ilə telefonla əlaqə yaradandan sonra onun səsinin sinəsində taxılı olan mikrofona yansıdığının fərqinə varıb. Bu anda telefonu qulağından uzaqlaşdıran müğənni aparıcıdan çəkilişi dayandırmağı və bu anların efirə getməməsini istəyib. Lakin aparıcı ifaçının bu istəyinin qəbul olunmadığını bildirib.