Keçmiş “Lider“ televiziyasının rəhbəri Ədalət Əliyevin bir neçə həftə əvvəl növbəti dəfə ana olan həyat yoldaşı Nailə Əliyeva körpəsi ilə bağlı diqqət çəkən paylaşım edib.
OLAY yazır ki, yeni doğulan qızı Alaia ilə birlikdə Nailə Mayamidə yerləşən məscidlərin birinə yollanıb.
Belə ki, məsciddə Ədalət və Nailə cütlüyünün övladlarının adına iqamə və azan oxunulub.
Həmin anları N. Əliyeva sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Nailə qızını Mayamidə özəl və lüks klinikaların birində dünyaya gətirib.
Qeyd edək ki, Ədalət ilə Nailə Əliyevlərin iki oğlan və bir qız övladı var.