Müğənni Səidə Sultan yeni layihəsini təqdim edib.
OLAY yazır ki, sənətçi Xanhüseyn Hüseynovun sözü və musiqisi özünə aid olan “Əydi qəddimi” mahnısını oxuyub.
İfası üçün kamera qarşısına keçən Səidənin stili üzərində Anar Ağakişiyev çalışıb. S. Sultanın fərqli tərzdə oxuduğu bəstəni Fərid Ağa aranjiman edib.