Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.
OLAY yazır ki, bir neçə gündür bununla bağlı sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.
Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.
***
OLAY "Qafqazinfo"ya yazır ki, Leyla Əhmədova barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib. Həbs qərarı apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
Bu gün isə L.Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.