Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii film Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunub.

OLAY yazır ki, 44 günlük Vətən Müharibəsində atasını itirən bir balacanın hekayəsidir. Baş qəhrəman – Zahid  atasının ölümünü qəbul etmək istəmir, onunla bağlı xatirələrini gerçək həyatda canlandırmağa çalışır, sanki atasının kölgəsində yaşayır. Axı, nağıllarda oxuduğu qəhrəmanlar ölümsüzdür.

“Atamın kölgəsində”nin təqdimatı olduZahidi atası ilə bağlayan qırılmaz tellər var. “Mənim atam supermendir, qəhrəmandır” deyərək o, hər kəsi inandırmağa çalışır ki, atası tezliklə evə qayıdacaq.

Xəyallarında baş verən son görüşdə Zahid dərk edir ki, şəhidlər yanımızda olmasalar da, bizim qəlbimizdə, yaddaşımızda, içimizdə yaşayırlar. Həyat hər zaman davam edir.

“Atamın kölgəsində”nin təqdimatı olduFilmin layihə rəhbəri Həmid Əsədzadədir.

Baş rollarda Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova iştirak edirlər. 

Quruluşçu rejissor - Fərid Əhmədov, ssenari müəllifi - Leyla Qədirzadə, quruluşçu operator - Aqşın Rzayev, rejissor - Orxan Cahangir, prodüser - Nicat Həsənli, İcraçı prodüser – Oruc Pirəliyev, montaj – Mirhüseyn Ağayev, səs rejissoru – Murad Bayramovdur. 

“Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu “Atamın kölgəsində”nin təqdimatı oldu