İş xanımı Ruhiyyə Əliyeva ağacəkmə aksiyasına qoşulub.
OLAY yazır ki, bu barədə o, özü paylaşım edib. Aksiyadan fotoları izləyiciləri ilə bölüşən R. Əliyeva bu sözləri yazıb:
“8 noyabr-Zəfər Günü ilə əlaqədar olaraq Bakı şəhərinin 221, 116 və 25 saylı məktəblərində 300 ədəd ağac əkdik. Bu aksiyada “Liatris Holdinq”in bütün əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər yaxından iştirak etdi. Məqsədimiz “Zəfər bayramı”na dünyanı yaşıllaşdırmaq niyyətimizi də əlavə etmək idi. Bir ağacın təbiətə və insanlığa verdiyi fayda danılmazdır. Aldığımız hər nəfəsin səbəbi məhz yaşıl təbiətdir. Ağac əkək ki, bizdən gələcək nəsillərə nəfəs dolu dünya qalsın”.