Ötən gün Zümrüd Bədəlova aparıcısı olduğu “Gün ortası” verilişində Xalq artisti Flora Kərimovanın səhhətində problemlər yarandığını və bu səbəbdən efirə gələ bilməyəcəyini açıqlayıb.
OLAY yazır ki, əsələ ilə bağlı 83 yaşlı sənətkarıb köməkçisi Yaqut xanım “Qafqazinfo”ya açıqlamasında xəbəri yalanlayıb.
O bildirib ki, yayılan məlumat həqiqət deyil:
“Hər şey yaxşıdır. Sadəcə analizlər verib. Bunu adi bir insan da verir. Nə olacaq ki? Qonaqları gəldiyi üçün verilişə qatıla bilməyib. Onlara bildirilmişdi ki, evdən çıxa bilməyəcək. Vəziyyətinin ağır olduğu deyilməyib”.