İnfluenser Nagehan Abdullayeva və həyat yoldaşı, model Fərid Abdullayev “Elgizlə izlə” verilişində qonaq olublar.
OLAY yazır ki, proqramın aparıcısı Elgiz Əkbər Nagehandan onun əri ilə ayrılması xəbərlərinə aydınlıq gətirməsini istəyib.
Bloger sözügedən məsələyə bu fikirləri ilə nöqtə qoyub:
“İnsan düşünürlər ki, biz ayrılıb – barışmağımızı reytiq xətrinə edirik. Xeyr, bu belə deyil. Hər ailədə problem olur. Məncə influenserlər arasında ən çox dava edib, “boşanırıq” deyən bizik. Mən hər zaman demişəm ki, instaqramda ailəmi nümayiş etdirəndə “xoşbəxt ailə tablosu” çəkmirəm. Mən orada ərimlə davamı da göstərirəm. İzləyicilərim də bunu bilir. Misal üçün mən Fəridlə bir yerdə “hekayə” bölümünə heç bir şey qoymayanda dərhal yazırlar ki, Nagehanla Fəridə nəsə olub. Mən də deyirəm ki, Fəriddən küsmüşəm, ona görə də heç nə paylaşmıram. Barışandan sonra nələrsə paylaşıram. Bizim boşanma xəbərlərimiz çıxanda, münasibətlərimizi sonlandırmışdıq. Yalnız uşaqlarım ataları ilə münasibətdə idilər. Onlar onunla danışırdılar. 4-5 ay biz görüşmədik. Mən öz ailəmin yanında idim, Fərid də öz”.
Elgizin “Birdən Fərid o müddətdə başqa bir qadınla evlənsəydi nə edərdin?” sualına Nagehan “Təbii ki, bu baş verə bilərdi. Amma olmadı. Demək ki, bizim çox sıx münasibətimiz var. Ona görə də biz birlikdəyik” cavabını verib.
Qeyd edək ki, Fərid Abdullayevlə evli olan Nagehanın iki övladı var.