2022-ci ildə nikah masasına oturan Nikola Peltz və Bruklin Bekham tanışlıqlarının 5-ci ildönümünü sosial media hesablarında qeyd ediblər.
OLAY yazır ki, Bruklin Bekham “Xoşbəxt illər, sevgilim. Hər gün yanımda olduğun və hər gün gözəl üzünə oyandığım üçün dünyanın ən xoşbəxt adamıyam. Səni bütün qəlbimlə sevirəm” mesajını paylaşıb.
Aktrisa Nikola Peltz isə eyni şəkilə “Xoşbəxt illər, sevgilim. 5 ilin keçdiyinə inana bilmirəm. İndiyə qədərki ən yaxşı həyat yoldaşı olduğun üçün təşəkkür edirəm. Səni bütün qəlbimlə sevirəm” qeydini yazıb.
Qeyd edək ki, keçmiş futbolçu David Bekham və dizayner Viktoriya Bekhamın böyük oğlu Bruklin Bekham,2020-ci ilin iyulunda nişanlandığı amerikalı aktrisa Nikola Peltz ilə 2022-ci ilin aprelində evlənmişdi.