WOW
WOW

“Həkim məni bərbad vəziyyətə qoyub” - Fatimə

“Həkim məni bərbad vəziyyətə qoyub” - Fatimə

Rəqqasə Fatimə Fətəliyevanın səhhətində problem yaranıb. 

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “İncə səhər” verilişində məlumat verib. 

Fətəliyeva bildirib ki, naşı stomatoloq onun dişlərini səhv müalicə edib: 

“Tanınmış diş həkiminin yanında getdim. Adını açıqlamayacağam. O, dişlərimi bərbad vəziyyətə qoydu. 6 aydan sonra dişlərimi müalicə edirəm. Çox əziyyət çəkirəm. Üzüm dişimə görə şişib. Gecə mənə müvəqqəti dişlər qoydular ki, səhər sizin verilişinizə gələ bilim. O həkimin adının açıqlayıb pislik etmək istəmirəm. Mən pis insan deyiləm. Əslində, o gün həmin diş həkimi ilə üzbəüz gəldik, baxdım ona istədim, ürək sözlərimi deyim. Onun özünə heç nə deməmişəm. Pulsuz olanda belə olur da... Amma indi pulumu vermişəm, yenidən düzəltdirirəm. Mən dişlərimi o həkimlə reklam qarşılığında düzəltdirdim. Onu instaqramda reklam etdim”.