WOW
WOW

Dodaqları ilə tanınan bloger ölü tapıldı!

Dodaqları ilə tanınan bloger ölü tapıldı!

Bloger və model Kristina Rey (əsl adı Kristina Kojevnikova) Soçidə ölü tapılıb.

OLAY yazır ki, bu haqda “Shot” teleqram kanalı məlumat yayıb.

Kristina, oktyabrın əvvəlində itkin düşüb.

Məlumatına görə, qızın meyiti kanalizasiyadan tapılıb. 

Qadının Rey olmasını döymələri ilə müəyyən ediblər və dəqiq tanınması müayinədən sonra mümkün olacaq. Onun ölüm şəraiti aydınlaşdırılır.

Kristina Reyin 35 yaşı var. O, çoxlu sayda plastik əməliyyatlara görə geniş populyarlıq qazanıb. 22 yaşında ən böyük dodaqların sahibi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. 

Rey daha sonra dolğularını xaric edib və köhnə görünüşünə qayıdəb  və beləcə titulunu itirib.

Kristina Yujno-Saxalinskdə anadan olub, uzun müddət Sankt-Peterburqda yaşayıb və bir neçə il əvvəl Soçiyə köçüb. Krasnodar diyarının “LisaAlert” axtarış qrupunun məlumatına görə, onun harada olduğu 28 sentyabr 2024-cü ildən məlum deyil. Bildirilib ki, əməliyyatçılar Reyin “sim kart”ını bərpa edə biliblər və onun yoxa çıxdığı gün narkotik almağa getdiyini öyrəniblər.

Modelin ailəsi onun qanunsuz maddələrə aludə olduğunu təsdiqləyib. İtkin düşməsinə bir neçə gün qalmış Rey onu reabilitasiya mərkəzinə yerləşdirmək istədiklərini öyrənib və evi tərk edib. Kristina Reyin sonuncu gördüyü şəxs onun tanışı olub. Polis onu dindirib və barəsində həkim göstərişi olmadan narkotik vasitələrdən istifadə maddəsi ilə inzibati protokol tərtib edib.