Müğənni Damla bir neçə gün əvvəl plastik əməliyyat etdirib.
OLAY yazır ki, sənətçi instaqram səhifəsində keçirdiyi əməliyyatın təfərrüatlarını açıqlayıb.
Damla bildirib ki, bədənşəkilləndirmə əməliyyatı keçirib:
“Bu əməliyyatı dünya ulduzundan eşitmişdim. Bir aparat var. Onun köməkliyi ilə bədənşəkilləndirmə icra olunur. Bu əməliyyatla dəri bərkiyir və sıxlaşır. Bədənimdən yağ aldırmaq istəmirəm. Abdominoplastika (qarın gərmə əməliyyatı - red.) ümumiyyətlə istəmirəm. Heç zaman bu əməliyyatı keçirmişəm. Sadəcə istədiyim dərimin bərk olmasıdır. Mən tez-tez arıqlayıb, kökəlirəm”.