Bir neçə gün əvvəl aktyor Ruslan Sabirli ölüm xəbəri yayılıb. Belə ki, onun instaqram səhifəsinin “hekayə” bölümündə “Sevimli aktyorumuz. Allah rəhmət eləsin Ruslan Sabirli” yazılmış post paylaşılıb. Bundan bir gün sonra əvvəlcə aktyorun yaxınları daha sonra isə özü bu məlumatı təqzib edib.
OLAY yazır ki, sənətçi bir neçə dəqiqə əvvəl instaqram səhifəsində canlı yayım açaraq başına gələn hadisəni danışıb.
R. Sabirli bildirib ki, onun telefonu olduğu məkanların birində oğurlanıb:
“Məkanların birində idim. Üzərimdə hər zaman telefonum, pul kisəm və eynəyim olur. Necəsə olubsa hər ikisini götürmüşəm amma telefonu unutmuşam. Avtomobildə gedən zamanı istədim telefonla zəng vuram. O zaman anladım ki, artıq telefonum yoxdur. Telefonuma heç zaman kod və porol qoymuram. Nömrəmə zəng çatmırdı. Yalnız votsapla əlaqə saxlamaq olurdu. Ora yazıb, zəng edirdik. Dostumun telefonundan mesaj yazdıq ki, bəs götürdüyünüz telefonun yiyəsi mənəm. Telefonu açan kimi artıq bəlli olur telefon kimindir. İnstaqramın porolunu dəyişirsən nömrəyə kod gəlir. Nömrədə telefonun içində. Bir tək bank kartlarımı tez bir zamanda bloklaya bildim ki, pullar xərclənilməsin. Telefonun qiyməti 3-4 mindir. Kimin telefonu olduğu üçün burada yaxşı, babat məbləğdən söhbət gedirdi. Mən isə bununla razılaşmadım. Telefonumda intim yazışmalar, fotolar və sayra tapmayıblar. Mənim belə şeylər telefonumda olmur və belə bir yola əl atıblar (ölüm xəbərini instaqram səhifəsində yayımlamağı nəzərdə tutur - red.). Heç gözləməzdim ki, belə bir şey olsun. Bu müddət ərzində evdəki situasiya və problemi necə həll etmək olar məsələsi ilə məşğul olmağa çalışmışam. Çox ciddi addımlar atmalı oldum. Yaxşı dostlar var. Onlara zəng etdim və yardım istədim. Onlar çox böyük əziyyət çəkdilər. Sağolsunlar. Hadisədən bir gün sonra günorta saatlarında əlaqə saxladılar və telefonumu mənə geri qaytardılar”.
Aktyor baş verən hadisə fonunda anasının dərin stress keçirdiyini vurğulayıb:
“Anam üçün qorxurdum. Məlumatı saytlar yaymışdı oradan isə yaxınlarımız xəbəri oxuyub anama çatdırmışdılar. Anama çoxsayda zəng gəlmişdi. O ağlayırdı, stress yaşayırdı. Yaşlı qadındır və şəkəri, təzyiqi var. Məsələn o infarkt keçirə bilərdi. Allah qorusun. Gəldim anamın yanına. O məni görüb daha çox ağladı. Bütün günümüz bax belə ağlamaqlarla keçdi”.
Ruslan bildirib ki, bu müddət ərzində onun sosial şəbəkə hesablarına 500-dən artıq mesaj gəlib. Bu diqqətin qarşılığında hər kəsə təşəkkürünü bildirən aktyor canlı yayım zamanı kövrələrək, ağlayıb.