WOW
WOW

Liamın ölümündə Diddi ilə Eşton Katçerin əli var?

Liamın ölümündə Diddi ilə Eşton Katçerin əli var?

“One Direction” qrupunun keçmiş üzvü, müğənni Liam Peyni hazırda həbsdə olan dünya şöhrətli repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) adamları tərəfindən öldürülə bilər.

OLAY yazır ki, Argentina polisi anonim şahidi dindirdikdən sonra belə bir ssenarini nəzərdən keçirir.

Adının çəkilməsini istəməyən mənbə bildirib ki, sənətçinin faciəli ölümündən bir müddət əvvəl Hollivudda pedofiliya və Diddinin uşaqların da olduğu iddia edilən əxlaqsız məclislərinin təşkilinə kömək edənlər haqqında müsahibə verməyi planlaşdırırdı. 

Bundan əlavə, yarılma zamanı Peynin bədənində çəhrayı kokain maddəsi tapılıb. Qərb mediasının yazdığına görə, Diddinin adamları üzərlərində həmin maddəni gəzdirməli idilər. Polis müğənniyə narkotik maddə verilə və sonra onun ölümünün səhnələşdirilə biləcəyini inkar etmir.

İndi hüquq-mühafizə orqanları Peynin öldüyü Buenos-Ayres otelindəki bütün videokameraların yazılarını diqqətlə nəzərdən keçirir. Sui-qəsd nəzəriyyəçiləri artıq oyanıblar və qorxunc sui-qəsd nəzəriyyələri qururlar - onlardan birinin fikirlərinə görə, Liamın ölümünün arxasında Pi Diddinin çoxdankı dostu Hollivud aktyoru Eşton Katçer də dayanır.