Dünya şöhrətli latın pop ulduzu Riki Martin bu axşam “KüçükÇiftlik Park”da baş tutacaq konserti öncəsi şəxsi təyyarəsi ilə İstanbula gəlib.
OLAY yazır ki, müğənni dünən İstanbul Hava Limanında övladları ilə birlikdə görüntülənib. Mühafizəçilər jurnalistlərə çəkiliş etməmələri barədə xəbərdarlıq ediblər. Sənətçi isə mühafizəçilərə əl işarəsi ilə “Sakit olun” mesajı verib.
Riki Martin “Merhaba” deyərək ətrafdakıları salamlayıb və daha sonra hava limanını tərk edib.