WOW
WOW

“Xoşbəxt qadın deyiləm” - Nazpəri

“Xoşbəxt qadın deyiləm” - Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva “Həmin Zaur” verilişində qonaq olub.

OLAY yazır ki, proqramın aparıcısı Zaur Kamalın oğlu Bartu sənətçiyə suallar ünvanlayıb.

Dostəliyeva bildirib ki, özünü xoşbəxt qadın saymır:

“Qadının bəxdi gözəl olmalıdır. Məni isə xalqın sevgisi gözəlləşdirir. Bir o qədər də xoşbəxt qadın deyiləm. Amma nankorluq etməyim. Çünki məni sevənlər var və mən xoşbəxtəm. Baxmayaraq ki, acılar çəkdim, Allahın imtahanlarından keçdim. Səhnədən qorxub qaçmamışam. Amma elə insanlar var ki, onlar hər şeyin itirib, həyatda itirəcək nələrisə yoxdur. Onda mən itirəcəklərimdən qorxub, hər şeydən uzaqlaşmışam”.

Qeyd edək, Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.  Bundan daha əvvəl isə müğənninin oğlu qəfil ürəktutmasından vəfat edib.