Əməkdar atist Sevda Ələkbərzadə bacısı Emma Ələkbərzadə ilə bağlı danışıb.
OLAY yazır ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.
S. Ələkbərzadə deyib ki, bacısı üçün müğənnilik hobbi olub:
“Emmanın vaxtları olub ki, məndən daha populyar olub. Populyar sözünü... Bəyənirəm, amma biz ondan uzaq adamlarıq. Emma üçün ifaçılıq bir hobbi olub. O, uşaqlıqdan musiqiçidir, piano dərslərinə gedib, pianoçudur. Mənim üçün isə ifaçılıq həyat tərzi olub. Ona görə də yəqin ki aramızda belə fərqlər var”.