Hazırda zorlama və insan alveri ittihamı ilə həbsdə olan dünyaca məşhur repçi və musiqi prodüseri Pi Diddi (əsl adı Şon Kombs) yeni ittihamlarla üzləşib.
OLAY yazır ki, onu ikisi azyaşlı olan daha 7 qadın zorlamaqda ittiham edib. Bu barədə “Daily Mail” nəşrinə vəkil Toni Buzbiyə istinadən məlumat yayıb.
Onun qurbanlarına, o cümlədən azyaşlılara narkotik maddə verdiyi, daha sonra isə zorladığı iddia edilib.
Vəkilin sözlərinə görə, bu materiallar tezliklə ictimaiyyətə açıqlanacaq:
“İş materiallarında daha bir neçə nəfərin adı var, lakin hazırda onların adları təqsirləndirilən şəxs qismində göstərilmir”.
Buzbi, həmçinin əlavə edib ki, Pi Diddi “yaxın gələcəkdə sonsuz məhkəmə prosesini” gözləyə bilər.
Xatırladaq ki, Pi Diddinin həbsindən əvvəl onun keçmiş sevgilisi və digər zorakılıq, narkotik vasitələrin məcburi istifadəsi və cinsi istismar məqsədilə insan alveri qurbanları tərəfindən bir sıra ittihamlar irəli sürülüb. Mart ayında Diddinin malikanəsində geniş axtarış aparılıb, bu zaman qanunsuz maddələr, silahlar və 1000 butulka uşaq yağı və cinsi əlaqə zamanı istifadə olunan çox sayda maye materialı aşkar edilib.