WOW
WOW

Bu dəfə mesajımız ianə olsun!

Bu dəfə mesajımız ianə olsun!

“YAŞAT” fondu “Qəhrəman şəhidlərimizin ailələri və qazilər Azərbaycan xalqına əmanətdirlər!” şüarı ilə ianə kampaniyasına start verib.

OLAY yazır ki, cəmi bir dəqiqənizi ayıraraq “YAŞAT” Fonduna ianə edə bilərsiniz.

İanə etmənin ən asan yolu 8110 qısa nömrəsinə SMS göndərməklədir. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə 1, 3, 5, 10, 20, 50 AZN məbləğlərindən birini seçməklə ödəniş edə bilərsiniz.

Həmçinin bankların mobil tətbiqləri, ödəmə terminalları ilə ianə etmək mümkündür.

Yashat.gov.az saytı üzərindən “onlayn ianə” bölməsini seçib ianə etmək də olar.

Oktyabrın 25-də isə “YAŞAT” telemarafonuna start veriləcək. Marafon İTV-də saat 18:15-dən etibarən canlı yayımlanacaq.

Qələbəni bizə yaşadanları YAŞAT!