WOW
WOW

Xanımı İlkini təəccübləndirdi

Xanımı İlkini təəccübləndirdi

Aktyor Elşən Orucovun ARB TV-də yayımlanan “5 üz”  verilişinin ilk bölümü efirə gedib. 

OLAY yazır ki, İlkin Həsəninin birinci qonaq olduğu proqramda maraqlı anlar yaşanıb.  

Belə ki, yarışmadakı 5 maskadan biri İlkini xüsusilə təəccübləndirib. Aktrisa Kəmalə Piriyeva, aktyor Rövşən Ağayev, bloger Faiq Erol (Qırmızıadam) və müğənni Ceyhun Zeynalovun (Cin) yarışdığı bölümdə İlkinin xanımı, influenser Aysel Həsəni də (icelinee) yer alıb.

Ayselin maskasını çıxardığı anlarda İlkin təəccübünü gizlədə bilməyib.