WOW
WOW

“Türkiyədəki hadisə Bakıda da baş verir”

“Türkiyədəki hadisə Bakıda da baş verir”

Əməkdar artist Elnur Kərimov paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o,  Türkiyədə xəstəxanada 12 körpənin öldürülməsi məsələsindən yazıb.

“Son günlərdə Türkiyədə “Yenidoğan qruplaşma” hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm”.

Qeyd edək ki, Türkiyədə bir qrup yeni doğulan körpələri reanimasiya şöbəsinə keçirdərək, onları guya xəstə kimi göstərib, əslində isə qidalandırmadan saxlayıb canlarına qəsd ediblər. Bu cinayəti isə onlar həm ailələrindən, həm də dövlətdən sığorta pulu almaq üçün həyata keçiriblər.