WOW
WOW

Şahzadə və xanımı Avropada ev aldılar

Şahzadə və xanımı Avropada ev aldılar

Britaniyalı şahzadə Harri və həyat yoldaşı Meqan Markl Avropada əmlak alıblar. 

OLAY yazır ki, bir neçə il əvvəl Kaliforniyaya köçən cütlük kral ailəsinə daha yaxın olmaq üçün Portuqaliyada yeni evə sahibləniblər.

Daily Mail-in məlumatına görə, Portuqaliyada əmlak almaq cütlüyə Avropa Birliyinin Şengen zonasına vizasız giriş imkanı verən “qızıl viza” əldə etməyə nail ola bilərlər.

Sasseks hersoqları Böyük Britaniyanın hazırkı kralı və Harrinin atası onlardan Kraliça II Yelizavetanın toy hədiyyəsi olaraq verdiyi Vindsordakı Froqmor kottecini tərk etməyi xahiş etdikdən sonra Avropada daşınmaz əmlak əldə ediblər.

43 yaşlı Meqan və 40 yaşlı Harri Atlantik okeanının sahilində yerləşən dəbdəbəli yaşayış kompleksində 300 evdən ibarət “CostaTerra Golf” və “Okean Klubu”nda malikanənin sahibi olublar.

Cütlüyün müntəzəm olaraq tətilə gəlməyi planlaşdırdıqları yeni mülkü Portuqaliyanın paytaxtı Lissabondan 130 kilometr aralıda yerləşən kiçik Melides qəsəbəsində yerləşir.

Xatırladaq ki, Meqan Markl ilə Kral III Çarlz və Şahzadə Diananın oğlu Şahzadə Harri 2018-ci ildə evləniblər. 2019-cu ildə cütlüyün Şahzadə Arçi adlı oğlu, 2021-ci ildə isə Şahzadə Lilibet dünyaya gəlib. 2020-ci ildə cütlük kral ailəsindən istefa verib və Amerika Birləşmiş Ştatlarına köçüb. O vaxtdan bəri Şahzadə Harri ilə yaxın qohumları arasında münasibətlər, o cümlədən Harri və Meqanın qohumları haqqında açıq şəkildə müxtəlif xoşagəlməz sözlər söyləməsi səbəbindən gərginləşib.