WOW
WOW

Türkiyəli məşhurlar instaqramdan bu qədər pul qazanırlar

Türkiyəli məşhurlar instaqramdan bu qədər pul qazanırlar

Serialda hər bölümə görə aldıqları yüksək qonorarla tez-tez gündəmə gələn Türkiyənin məşhur aktyorlarının bu dəfə sosial şəbəkədəki qazancı məlum olub.

OLAY yazır ki, instaqramda milyonlarla izləyicisi aktyorlar - Kıvanç Tatlıtuğ və Burak Özçivitin 2,5 milyon lirə (təxminən 124 min manat), aktrisalar - Hande Erçel və Gökçe Bahadırın isə 3 milyon lirə (təxminən 149 min manat) əldə edərək ən çox qazanan şəxslər olduğu bəlli olub.

Digər türk məşhurların instaqramdan qazancları belədir:

Fahriye Evcen (13,7 milyon izləyici): 1 yazı və 1 hekayə: 2,5 milyon lirə,

Barış Arduç (7 milyon izləyici): 1 yazı və 1 hekayə: 2 milyon lirə,

Mert Ramazan Demir (4,7 milyon izləyici): 1 yazı və 1 hekayə: 2 milyon lirə, 

Meryem Uzerli (7,8 milyon izləyici): 1 yazı və 1 hekayə: 1,5 milyon lirə.