Dünya şöhrətli aktrisa Ancelina Coli sayca 68-ci London Film Festivalında repçi Akala ilə birlikdə qatılıb.
OLAY yazır ki, festivalda rejissor Pablo Larrainin çəkdiyi və baş rolda Ancelina Colinin rol aldığı “Mariya” adlı film-bioqrafiyası təqdim olunub.
Bu filmin premyerasına aktrisanın Akala ilə gəlməsi “sevgilidirlər” iddialarını daha da gücləndirib.
Coli tədbir üçün zərif tam qara görünüş seçib.
Xatırladaq ki, bir müddət əvvəl mediada aktrisanın musiqiçi ilə bir ildən artıqdır ki, gizli şəkildə görüşdüyü barədə məlumatlar yayılıb. Avqust ayında Venesiya Film Festivalı zamanı Ancelinanın Akala ilə birlikdə oteldən çıxması onların eşq yaşadığı şaiyələrinə səbəb olub.