Aktrisa Ülviyyə Xalinbəyova açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, “Xəbərin var?” maqazin verilişində qonaq olan aktrisa keçmiş həyat yoldaşı Murad İsmayılla münasibətlərindən danışmaq istəməyib.
Proqramın aparıcısı İsa Şükürovun “Muradla boşandıqdan sonra sizi ailə şəklində uşaqlarınızla birgə istirahətə getdiyinizi paylaşımlarınızdan gördük. Hazırda münasibətləriniz necədir?” sualına Ülviyyənin cavabı belə olub:
“Sözlərimi elə seçməyə çalışıram ki, xəbər hazırlamasınlar. Amma yenə də nəsə tapırlar yazmağa. Heç bir şərh vermək istəmirəm. Bu mövzunun Muradla heç bir əlaqəsi yoxdur. Sadəcə haqqımda çıxan xəbərlərdən və yazılan şərhlərdən yoruluram. İnsanlar Muradla bağlı xəbərləri pulla etdirdiyimi düşünürlər. Bu şeylər isə məni yorur”.
Qeyd edək ki, Ülviyyə və Murad cütlüyü aylar əvvəl boşandıqlarını açıqlayıb. Onların iki oğlan övladı var.